Bakıda üzərində odlu silah və narkotik maddə olan şəxs tutulub

Bakı. 26 fevral. REPORT.AZ/ Bakıda üzərində odlu silah və narkotik maddə olan şəxs tutulub. "Report"  Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) mətbuat xidmətinə istinadən xəbər verir ki, Nizami RPİ Cinayət Axtarış Şöbəsi və 25-ci PB əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1963-cü il təvəllüdlü İvan Petroviç Şitovdan 1,27 qram həşiş qətranı və İJ-K markalı, 16 kalibrli, qundağı və lüləsi kəsilmiş vəziyyətdə silah aşkar olunaraq götürülüb.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47