Bakıda usta ev sahibini öldürüb

Bakı. 23 yanvar. REPORT.AZ/ Bakıda qətl hadisəsi baş verib.

"Report"un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Xətai rayonu ərazisində yaşayan Vüqar Qasımovun evində təmir işləri aparan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Eldar Babayev münaqişə zəminində ev sahibini bıçaqla qətlə yetirib.

E.Babayev könüllü olaraq, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinə gələrək, istintaqa təslim olub.

Digər xəbərlər

Şəkidə 4 nəfəri çaqqal dişləyib 11 sentyabr, 2026 / 13:05
Xəzər dənizində zəlzələ olub 10 sentyabr, 2026 / 10:41