Bakıda uşaq bağçası olan binada yanğın zamanı bir uşağın tüstüdən zəhərləndiyi açıqlanıb

Bakı. 7 noyabr. REPORT.AZ/ Bakının Xətai rayonunda, Süleyman Vəzirov küçəsi-22 ünvanında çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı bir azyaşlının tüstüdən zəhərləndiyi məlum olub.

“Report” FHN-in rəsmi saytına istinadən xəbər verir ki, uşaq tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb.

Qeyd edək ki, binadan 35 sakin, binada yerləşən uşaq bağçasından isə 50 uşaq və 15 tərbiyyəçi təxliyyə olunub.

Yanğın saat 10:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27