Bakıda univermaq çöküb, dağıntılar altında qalanlar var - YENİLƏNİB - VİDEO

Video əlavə olunub. İlk xəbər 15:40-də dərc olunub. 

Bakı. 26 yanvar. REPORT.AZ/ Bakıda univermaq çöküb. "Report"un məlumatına görə, hadisə Suraxanı rayonu ərazində yerləşən köhnə univermaqda baş verib.

Belə ki, yağan qar nəticəsində univermağın dam örtüyü ağırlığa tab gətirməyib çöküb. 

Hadisə nəticəsində 3 nəfərin dağıntılar altında qaldığı bildirilir. Hadisə yerinə Təcili Tibbi Yardım və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Xəsarət alanlar xəstəxanalara aparılıb.

Digər xəbərlər

Binədə qanunsuz tikili sökülüb 28 yanvar, 2026 / 12:38