Bakıda avtomobilində oğurluq hadisəsi baş verib.
"Report"un xəbərinə görə, hadisə aprelin 22-də paytaxtın Nizami rayonu, Naxçıvanski küçəsi, 49 ünvanının qarşısında qeydə alınıb.
Belə ki, naməlum şəxs Türkiyə vətəndaşı, 1995-ci il təvəllüdlü Dörtyol Muhammed Mustafanın "Ford Transit" markalı avtomobilindən sürücülük vəsiqəsi, icazə vəsiqəsi, avtomobilin texniki pasportu və 300 manat pulunu oğurlayıb.
Zərərçəkən bu barədə hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində araşdırma aparılır.