Bakıda traktor 67 yaşlı kişini vuraraq ağır xəsarət yetirib

Bakıda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Bakı-Şamaxı magistral yolunda qeydə alınıb.

Belə ki, 1952-ci il təvəllüdlü Tapdıqov Məmmədxan Sədiyar oğlu yolu keçmək istəyərkən "Qrider" markalı traktor onu vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir. 

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41