Bakıda toydan çıxan kişi bir qrup şəxs tərəfindən döyülüb

Bakı. 23 may. REPORT.AZ/ Bakının Sabunçu rayonunda döyülmə hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

Belə ki, 1980-ci il təvəllüdlü Quliyev Rauf Qurban oğlu "Ay işığı" restoranından çıxarkən tanımadığı şəxslərlə əlbəyaxa olub. Nəticədə o, döyülərək ağır xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

R.Quliyev polisə verdiyi ifadədə dörd nəfər tərəfindən döyüldüyünü bildirib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39