Bakıda toy mərasimində dava olub, xəsarət alan var

Bakıda şadlıq sarayında dava olub.

"Report" xəbər verir ki, hadisə Binəqədi rayonunda, Süleyman Sani Axundov küçəsi, 84 ünvanında yerləşən, "Oğuz Xan" şadlıq evində keçirilən toy mərasimində baş verib.

Hadisə zamanı 1980-ci il təvəllüdlü İbadov Əhmədağa Məmmədağa oğlu döyülərək ağır xəsarət alıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Ramin Şahbazov 

Digər xəbərlər

Şəkidə evdə partlayış olub 23 yanvar, 2026 / 09:36