Bakıda “Topaz” mərc oyunları məntəqəsindən oğurluq olub

Bakı. 29 mart. REPORT.AZ/ Bakıda “Topaz” mərc oyunları məntəqəsindən oğurluq olub.

“Report” DİN-in rəsmi saytına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 26-da Anar Əliyevə məxsus “Topaz” mərc oyunları məntəqəsindən 2 ədəd televizor və noutbuk oğurlamış Bakı şəhər sakini Nicat Ələsgərov tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Digər xəbərlər

Astarada avtomobil aşıb, ölən var 06 oktyabr, 2026 / 00:33
Bakıda məktəbli bıçaqlanıb 05 oktyabr, 2026 / 17:29