Bakıda telefon mağazasından 11 min manatlıq oğurluq olub

Bakıda telefon mağazasından 11 min manatlıq oğurluq olub.

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə rayon ərazisindəki mağazaların birindən 11.000 manat dəyərində mobil telefonların oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Cəfərov müəyyən edilərək saxlanılıb, araşdırma aparılır.

Digər xəbərlər

Qaradağda top mərmisi aşkarlanıb 21 yanvar, 2026 / 10:19