Bakıda itkin düşən tələbə qız tapılıb - YENİLƏNİB

Bakı Mühəndislik Universitetinin itkin düşən tələbəsi Lamiyə Binnətova tapılıb.

Bunu “Report”a açıqlamasında ali məktəbin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.

O qeyd edib ki, tələbənin valideynləri universitetlə əlaqə saxlayaraq qızlarının tapıldığını bildiriblər: “Sadəcə tapıldığını deyiblər, əlavə təfərrüatlarla bağlı məlumatımız yoxdur”.

10:10

Bakı Mühəndislik Universitetinin (BMU) tələbəsi itkin düşüb.

Bu barədə “Report”a universitetin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.

Onun sözlərinə görə, Memarlıq və inşaat fakültəsinin 3-cü kurs tələbəsi Binnətova Lamiyə Nizami qızı aprelin 1-dən sonra universitetə gəlməyib.

E.Babayev bildirib ki, L.Binnətova nümunəvi tələbə olub: "Həmin gün saat 16:50 radələrində müəllimdən icazə alıb və universitetdən çıxıb. Sonrakı günlər dərslərə gəlməyib. Məsələ ilə bağlı onun valideynləri ilə əlaqə saxlanılıb. Onun ailəsi Daxili İşlər Nazirliyinə məlumat verib. Hüquq-mühafizə orqanları onu axtarır”.

Digər xəbərlər