Bakıda tədris mərkəzindən oğurluq edildi

Bakıda tədris mərkəzində oğurluq hadisəsi baş verib. 

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Belə ki, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində fəaliyyət göstərən tədris mərkəzindən 1 000 manat dəyərində 2 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən B.Hənifəyev saxlanılıb.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45