Bakıda təcridxanaya mobil telefon keçirilməsinin qarşısı alınıb - FOTO

Bakı. 9 iyun. REPORT.AZ/ Bkıda 2 saylı İstintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

"Report"un xəbərinə görə, bu barədə Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Belə ki, Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Məcid Qasım oğlu Sultanova babası Gəncə şəhər sakini İdris Hüseyin oğlu Sultanov tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman çörəyin içərisində xüsusi üsulla gizlədilmiş 1 ədəd qol saatı fomasında mobil telefon aparatı, 1 ədəd elektrik qidalandırıcısı və 1 ədəd qulaqcıq aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47