Bakıda təcili yardım xidmətinə məxsus avtomobilin sürücüsü döyülüb

Bakı. 23 noyabr. REPORT.AZ/ Bakıda təcili yardım xidmətinə məxsus avtomobilin sürücüsü döyülüb.

"Report" xəbər verir ki, hadisə Səbail rayonunda baş verib.

Belə ki, Yüzbəy Mürsəlov küçəsi, 92 ünvanında 1984-cü il təvəllüdlü İmamverdiyev Şamil İmamverdi oğlu qəfil naməlum şəxsin hücumuna məruz qalıb. Nəticədə o, döyülüb. Yaralı sürücü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinə məlumat verilib.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47