Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarında yanğın baş verib.
“Report” xəbər verir ki, hadisə “Dərnəgül” taxta bazarında qeydə alınıb.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğını nəzarət altına alıb. Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Hadisə zamanı bir nəfərin ürəktutmadan öldüyü bildirilir.