Bakı. 21 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən Emin Mərdanov və Emil Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
"Report"un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə hər iki şəxs 2 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, E.Mərdanov və E.Hüseynov Bakıda tanışları Sədyar Salayevi hədələyərək ondan 15 min manat pul tələb ediblər.