Bakıda taksi sürücüsü itkin düşüb

Bakıda 31 yaşlı taksi sürücüsü itkin düşüb.

“Report”un xəbərinə görə, hadisə dekabrın 17-də paytaxtın Suraxanı rayon ərazisində baş verib.

Belə ki, taksi fəaliyyəti ilə məşğul olan, 1988-ci il təvəllüdlü Hüseyn Bayramov yaşadığı Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi nömrəsiz ünvandan çıxıb və bir daha geri qayıtmayıb.

Daha sonra H.Bayramovun yaxınları hüquq-mühafizə orqanlarına müraciət edib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsində araşdırma aparılır.

Xatırladaq ki, H.Bayramov evlidir, iki azyaşlı övladı var.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45