Bakıda sürücü piyadanı döyüb

Bakı. 27 yanvar. REPORT.AZ/ Bakıda sürücü xuliqanlıq zəminində paytaxt sakinini döyüb.

"Report"un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə Nərimanov rayonunun Z.Bünyadov prospektində qeydə alınıb.

Belə ki, "KİA" markalı avtomobilin sürücüsü xuliqanlıq zəminində paytaxt sakini Bayram Nəcəfovu döyüb.

Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Tural Adıgözəlov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39