Bakıda sürücü maşınla piyadanı vuraraq qaçıb

Bakı. 11 may. REPORT.AZ/ Bakının Nəsimi rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un xəbərinə görə, 3-cü mikrorayon dairəsi kimi tanınan ərazidə yolu keçmək istəyən 35 yaşlı Eyvazov Nəsimi Nofəl oğlu naməlum avtomobil tərəfindən vurulub. Sürücü hadisə yerindən qaçıb.

N.Eyvazov ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsim Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14