Bakıda sürücü idarəetməni itirərək xəsarət alıb

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report”un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, Ziya Bünyadov prospektində naməlum avtomobil 90-KA-768 dövlət nömrə nişanlı "Kia" markalı avtomobilə qəza təhlükəsi yaradıb. "Kia"-nın sürücüsü (şəxsiyyəti dəqiqləşdirilir - red) vəziyyətdən çıxa bilməyərək, idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi səkiyə çırpılıb.

Hadisə zamanı sürücü xəsarət alıb. Qəza yerinə polis əməkdaşları, eləcə də təxliyə maşını gəlib.

Digər xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib 29 oktyabr, 2026 / 18:54