Bakıda sürücü idarəetməni itirərək qəza törədib

Bakıda yol qəzası olub.

"Report" xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Ziya Bünyadov prospektində avtomobil idarəetmədən çıxaraq qəzaya uğrayıb. İlkin məlumata görə, qəzaya səbəb prospektdə yerləşən yerüstü piyada keçidinin tikintisi zamanı təhlükəsizlik nişanlarının qoyulmaması olub.

Hadisə yerinə DYP əməkdaşları və təxliyə maşını gəlib.

Faktla bağlı araşdırma aparılır.

Video: İlqar Abdullayev

Digər xəbərlər

Daşkəsəndə yol çöküb 30 mart, 2026 / 11:46
Sumqayıtda mebel sexi yanıb 30 mart, 2026 / 10:50