Bakıda sürücü avtomobili aşırdı

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Zabrat-Kürdəxanı-Pirşağı avtomobil yolunda qeydə alınıb.

Belə ki, 1972-ci il təvəllüdlü Əkbərova Mətanət Mail qızı idarə etdiyi "Hundai" markalı avtomobili aşırıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona qapalı kəllə-beyin travması, həmçinin çənə sümüyünün sınığı diaqnozları qoyulub və reanimasiyaya yerləşdirilib.  

İlqar Abdullayev

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26