Bakıda şübhəli əşya aşkar edildi

Bakı. 30 noyabr. REPORT.AZ/ Bazar günü Bakıda şübhəli əşya tapılması ilə bağlı Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub.

"Report"un FHN-in saytına istinadən verdiyi xəbərə görə, nazirliyin qaynar  xəttinə, Bakı şəhəri Nizami rayonunda şübhəli əşyanın olması barədə informasiya verilib.

Hadisə yerinə cəlb olunmuş nazirliyin müvafiq qurumlarının mütəxəssisləri tərəfindən keçirilən əməliyyat-axtarış zamanı təhlükəli əşya aşkar edilməyib.

Digər xəbərlər