Bakıda stadionun paltardəyişmə otağında 2 nəfərin cibindən pul və lotereya bileti oğurlanıb.
“Report”un xəbərinə görə, hadisə Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində yerləşən stadionun paltardəyişmə otağında baş verib.
Belə ki, axşam saatlarında həmin stadionun paltardəyişmə otağında paltarlarını asan Fərrux Hüseynlinin cibindən 800 manat və 400 manat uduş olan lotereya bileti və Orxan İbrahimlinin cibindən isə 83 manat pul oğurlanıb.
Faktla bağlı Nizami Rayon Polis İdarəsi əməkdaşları tərəfindən araşdırma aparılır.