Bakıda soyğunçuluqla məşğul olan qadın saxlanılıb

Bakı. 4 dekabr. REPORT.AZ/ Bakıda soyğunçuluqla məşğul olan qadın saxlanılıb. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 15-də Mətləb İdayətovun 130 manatını soyğunçuluq yolu ilə alan  Bakı şəhər sakinləri - Nurlan Şükürov və Əfsanə Ağayeva tutulublar. Qeyd edək ki, hər iki şəxs əvvəllər məhkum olunublar.

Onlar barəsində cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Digər xəbərlər

Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37