Bakıda soyğunçuluq edən şəxs saxlanılıb

Bakıda soyğunçuluq edən şəxs saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Binəqədi Rayon Polis İdarəsi (RPİ) 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini T.Əliyev dekabrın 26-da saat 17 radələrində S.S.Axundov küçəsində bir nəfərin ona zor tətbiq edərək mobil telefonunu aldığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Z.Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb. 

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47