Bakıda son 2 gündə 5 nəfəri avtomobil vurub

Bakı. 19 mart. REPORT.AZ/ Son 2 gündə Bakının 3 rayonu ərazisində bir neçə yol-nəqliyat hadisələri baş verib.

"Report" xəbər verir ki, xəsarətlə nəticələnən qəzalar martın 17-sindən 18-nə kimi Sabunçu, Suraxanı və Xəzər rayonları ərazisində qeydə alınıb.

Martın 18-i günorta saatlarında Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 1963-cü il təvəllüdlü Hüseynova Mənzurə İlyas qızı yolu keçərkən onu minik avtomobili vurub. Sürücü xəsarət alan qadını xəstəxanaya yerləşdirib.

Martın 17-si, axşam saatlarında Maştağa qəsəbəsi, "Məmmədyarov" dairəsi kimi tanınan ərazidə yolu keçmək istəyən 1988-ci il təvəllüdlü Toğrul Ələkbər oğlunu minik avtomobili vurub.

Martın 18-i Xəzər rayonu Buzovna qəsəbəsində "Albalı" marketin qarşısında dayanan 1996-ci il təvəllüdlü Məmmədov Məmməd Natiq oğlunu minik avtomobili vurub. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Daha bir yol-nəqliyyat hadisəsi ötən gün Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində baş verib. 1997-ci il təvəllüdlü Səlimzadə Müşviq Əli oğlunu minik avtomobili vurub. Yaralı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hövsan qəsəbəsində 1955-ci il təvəllüdlü İsmayılova Arifə Cahangir qızını yük avtomobili vurub. O, ağır bədən xəsarətləri alaraq 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Baş vermiş faktlarla bağlı Sabunçu, Suraxanı və Xəzər rayon polis idarələrində araşdırmalar aparılır. Avtotexniki ekspertiza təyin edilib.

Digər xəbərlər

Lerikdə zəlzələ baş verib 01 avqust, 2026 / 19:37