Bakıda şirkətdən oğurluq edən şəxs tutulub

Bakıda şirkətdən oğurluq edən şəxs tutulub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində 3 avtomobildən ümumilikdə 1 800 manat pul, noutbuk, bankomat kartları, ehtiyat açar və rəng yoxlayan aparat, rabitə qovşağına məxsus dirəklərdən 120 metr rabitə kabeli və qutu, şirkətlərin birindən elektrik naqilləri, bir torpaq sahəsindən 3 000 manat dəyərində su çəni, bir həyətyanı sahədən isə 2 250 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş T.Zeynalov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47