Bakıda sexdən 12300 manatlıq dəmir qapılar oğurlanıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən oktyabrın 29-dan noyabrın 10-dək olan müddətdə M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindəki qapı-pəncərə sexlərindən birinin qarşısından 12300 manat dəyərində dəmir qapılar oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini P.Məmmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.