Bakıda sərnişin avtobusunun sürücüsünü avtomobil vurub

Bakı. 16 dekabr. REPORT.AZ/ Bakının Suraxanı rayonunda 132 saylı sərnişin avtobusunun sürücüsünü avtomobil vurub.

"Report" xəbər verir ki, hadisə 1954-cü il təvəllüdlü Qənbəri İmamverdi İbad oğlu Hövsan qəsəbəsində yolu keçmək istəyən zaman baş verib.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinə məlumat verilib.

Digər xəbərlər