Bakıda sərnişin avtobusu piyadaya xəsarət yetirib

Bakı. 25 avqust. REPORT.AZ/ Bakıda sərnişin avtobusu piyadaya xəsarət yetirib.

"Report"un məlumatına görə, hadisə Xətai rayonunda baş verib.

Belə ki, "Nəbz" klinikasının qarşısında 214 saylı sərnişin avtobusu 1975-ci il təvəllüdlü İskəndərova Maral Arif qızının ayağının üstündən keçib. Nəticədə o, xəsarət alıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda yol çöküb 13 noyabr, 2026 / 19:13