Bakıda satıcı mağaza sahibinə qarşı 54 min manatlıq dələduzluq edib

Bakı. 27 dekabr. REPORT.AZ/ Bakıda satıcı mağaza sahibinə qarşı 54 531 manatlıq dələduzluq edib.

"Report"un xəbərinə görə, bu barədə Bakı şəhər sakini 1972-ci il təvəllüdlü Abbasov Tariyel Xurşud oğlu Nərimanov Rayon Polis İdarəsinə (RPİ) ərizə yazaraq məlumat verib. 

Belə ki, Ceyhun Hacıbəyli küçəsi 176-da yerləşən T.Abbasova məxsus mağazada 1976-cı il təvəllüdlü Eldar Rüstəmov 54 531 manat dəyərində istilik sistemlərini sataraq pulunu mənimsəyib.

Faktla bağlı Nərimanov RPİ-də araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 13 dekabr, 2025 / 21:28