Bakıda sanatoriyada yanğın olub

Bakı. 17 sentyabr. REPORT.AZ/ Axşam saat 18:00 radələrində Bakının Xəzər rayonunda yerləşən “Xəzər” sanatoriyası ərazisində yanğın olub.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsinin dəhlizində ev əşyaları 8 m2 sahədə yanıb.

Yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 4 m2 sahədə əriyib. Digər mənzillər yanğından mühafizə olunub. Yanğın saat 19:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər

Bakıda köhnə tikili yanır 18 avqust, 2026 / 12:56