Bakı sakini atasının qəbrinin yanında intihar edib

Bakı. 18 iyul. REPORT.AZ/ Bakının Xətai rayonunda intihar hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Keşlə kənd qəbirstanlığında qeydə alınıb. 

Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Əliyev Emin Xasay oğlu atası, Əliyev Xasay Qacay oğlunun qəbrinin yanında özünü şam ağacından asaraq intihar edib.

Faktla bağlı Xatai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci ( özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Digər xəbərlər

Masazırda 4 avtomobil yanıb 10 oktyabr, 2026 / 09:11