Bakıda şadlıq sarayında toy zamanı kütləvi dava düşüb, yaralı və saxlanılanlar var - FOTO - VİDEO

Bakı. 6 iyul. REPORT.AZ/ Bakının Binəqədi rayonunda kütləvi dava olub.

"Report" xəbər verir ki, hadisə 9-cu mikrorayonda yerləşən "Tərlan" şadlıq sarayında qeydə alınıb.

Hadisə şahidi Xəqani Süleymanov "Report"a bildirib ki, 8 nəfər arasında mübahisə zəminində düşən dava nəticəsində bir nəfər xəsarət alaraq yaxınlıqdakı xəstəxanaya aparılıb.

Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis bölməsindən "Report"a verilən məlumata görə, faktla bağlı 3 nəfər saxlanılıb, araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39