Bakıda şadlıq evində yanğın hadisəsi olub.
Bu barədə "Report" FHN-ə istinadən xəbər verir.
Məlumata görə, Xətai rayonunda hər mərtəbəsi 1500 m² olan ikimərtəbəli şadlıq evinin dam örtüyü və damına çəkilən şüşə-pambıq üzlük 50 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.