Bakıda restorandan oğurluq olub

Bakı. 29 iyun. REPORT.AZ/ Bakıda restorandan oğurluq olub.

“Report” DİN-in rəsmi saytına istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsi 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 27-də rayon ərazisindəki restoranlardan birindən pəncərədən girmək yolu ilə 3600 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Aqil Quliyev tutulub.

Fakt üzrə araşdırmalar davam etdirilir.

Digər xəbərlər