Bakıda "Rent a car" cərimələnib

"Rent a car Baku-509" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) cərimələnib.

“Report”un məlumatına görə, protokol baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilib.

İş hakim Tural Ələkbərovun icraatındadır.

MMC-yə prokotol İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə tərtib olunub.

Bu xətaya görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Digər xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib 29 oktyabr, 2026 / 18:54