Bakıda relslərin üzərində oynayan uşağı qatar vurub

Bakı. 28 avqust. REPORT.AZ/ Bakının Nərimanov rayonu ərazisində uşağı elektrovoz vurub.

"Report" xəbər verir ki, hadisə 2011-ci il təvəllüdlü Qasımov Yusif Nazim oğlu Keşlə qəsəbəsindən keçən dəmiryol relslərinin üzərində oynayarkən baş verib.

Nəticədə uşaq ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.

Fakt hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən araşdırılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39