Bakıda quldurluq edən şəxs saxlanıldı

Bakıda quldurluq hadisə baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Belə ki, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini F.Cəfərov aprelin 23-də rayon ərazisindəki parkların birində bir nəfərin onu bıçaqla hədələyib 53 manatını və mobil telefonunu aldığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Qazax rayon sakini S.Vəlizadə müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39