Bakıda quldurluq edən keçmiş məhkumlar saxlanılıblar

Bakı. 14 iyun. REPORT.AZ/ Bakıda quldurluq edən şəxslər saxlanılıblar.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Belə ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 8-də Asif Əliyevə küt alətlə xəsarət yetirib mobil telefonunu almaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vahid Baxşıyev və Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Ağabala Eyyubov saxlanılıblar.

Digər xəbərlər

Masazırda 4 avtomobil yanıb 10 oktyabr, 2026 / 09:11