Bakıda quldurluq edən iki nəfər saxlanılıb

Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə yanvarın 9-da Ramana qəsəbəsi ərazisində 2 nəfərin Bakı şəhər sakini S.Tağızadəyə zor tətbiq edib bank kartını və mobil telefonunu almaları barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bərdə rayon sakini M.Əliyev və paytaxt sakini K.Abdullayev müəyyən edilərək saxlanılıb.

Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45