Bakıda Quba rayon sakinini minik avtomobili vurub

Bakı. 7 dekabr. REPORT.AZ/ Bakıda Quba rayon sakinini minik avtomobili vurub.

"Report" xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.

DSK yolu kimi tanınan ərazidə yolu keçmək istəyən 1991-ci il təvəllüdlü Şirəliyev Müzəffər Fərid oğlunu "Mercedes" markalı avtomobil vurub. Yaralı təcili yardım xidməti vasitəsilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır və sürücü saxlanılıb.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45