Bakıda qonşular arasında dava zamanı gənc oğlan döyülərək xəsarət alıb

Bakı. 18 iyun. REPORT.AZ/ Qaradağ rayonunda dava zamanı 1 nəfər yaralanıb.

"Report" xəbər verir ki, hadisə Qobustan qəsəbəsində baş verib.

Təzə Yurd massivi 1 ünvanında 1 nəfər qonşuluğunda yaşayan 2 evin sahibi ilə mübahisə edib.

Nəticədə 2000-ci il təvəllüdlü Zərbəliyev Şamil Kamil oğlu döyülüb.

O, ağır kəllə-beyin travması aldığından 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Həkimlər onun vəziyyətinin orta-ağır olduğunu bildirir.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinə məlumat verilib.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47