Bakıda qohumlar arasında dava düşüb, üç nəfər bıçaqlanıb - FOTO

Bakı. 29 noyabr. REPORT.AZ/ Bakının Sabunçu rayonunda qohumlar arasında bıçaqlanma ilə nəticələnən dava düşüb.

"Report" xəbər verir ki, Balaxanı qəsəbəsində baş verən hadisə zamanı qayın, yeznə və digər bir qohum bıçaq xəsarətləri alıb.

Bəkirov Rauf Babaxan oğlu və Xanquliyev Yusif "Ravon" markalı avtomobildə bıçaqlanıb. Digər yaralının ad-soyadı hələlik məlum deyil.

Faktla bağlı hadisə yerinə Sabunçu Rayon Prokurorluğunun əməkdaşları və Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis bölməsinin əməkdaşları cəlb olunub.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hər üç yaralı qohumdur. Hadisəni törədən şəxs axtarılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39