Bakıda qaz borusuna çırpılan avtomobil yandı

Bakıda avtomobil qəza törədib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a verilən məlumata görə, paytaxtın Nərimanov rayonunda “Hyundai” markalı minik avtomobili yol kənarındakı qaz borusuna çırpılıb. 

Nəticədə avtomobilin mühərrik hissəsi və salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər xəbərlər

İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45