Bakıda qayın kürəkənini və onun qardaşını bıçaqlayıb

Bakı. 9 avqust. REPORT.AZ/ Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Balaxanı qəsəbəsində ailə-məişət zəminində dava düşüb. Nəticədə 34 yaşlı Əlixanov Bəhrəm Eldar oğlu bədəninin müxtəlif nahiyyəsindən və onun qardaşı 40 yaşlı Əlixanov Surət Eldar oğlu ürək nahiyəsindən bıçaqlanıb.

Hər iki yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onların vəziyyəti ağırdır.

Hadisəni törədən şəxs Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, S.Əlixanovun qaynıdır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47