Sabunçuda qaraçı oğlan bıçaqlanıb

Bakıda qaraçı milliyətindən olan gənc bıçaqlanıb.

"Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. 2001-ci il təvəllüdlü Salmanov Sabir Rasim oğlu mübahisə zəminində tanışı tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun bədənində 2 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47