Bakıda qadının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub

Bakıda 40 yaşlı qadını avtomobil vurub.

“Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

“VAZ-2107” markalı avtomobil yolu keçən Təranə adlı qadını (soyadı dəqiqləşdirilir-red) vurub.

Yaralı təcili yardımın köməkliyi ilə 1 saylı Kliniki Xəstəxanaya çatdırılıb.

Müayinə zamanı onun sağ ayağın sınığı və bədənin müxtəlif dərəcəli əziyi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05
Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37