Bakı. 6 mart. REPORT.AZ/ Bakıda mənzildən oğurluq olub.
"Report"un məlumatına görə, F.X.Xoyski prospekti ev 34 ünvanında yaşayan 1956-cı il təvəllüdlü Y.Rüstəmovanın evindən pəncərənin kilidini sındırmaqla 500 manat, 300 avro və 19 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Faktla bağlı araşdırma aparılır.